Dünya koronavirusa qarşı daha radikal tədbirlərə doğru gedir

Dünya

10.04.2020 - 19:53

Həkimlər Klinikalar SEO Xidməti

COVID-19 epidemiyasının yayılmasını önləmək üçün bütün imkanlar səfərbər olunur

 

Müxtəlif ölkələrdə COVID-19 infeksiyasının yayılmasına qarşı görülən tədbirlərlə bağlı mövzunu davam etdiririk. Xaricdə yaşayan soydaşlarımız üzləşdikləri mənzərəni AYNA-ya danışırlar.

 

Niderlandda yaşayan, Niderland Jurnalistlər Birliyinin üzvü Vüqar Abbasov: “Niderlandda bir çox iş yerləri bağlıdır. Restoranlar, otellər, turizm və əyləncə mərkəzləri fəaliyyətlərini dayandırıb. Digər tərəfdən, evdən iş rejimi mümkün olan idarə və müəssisələrin də fəaliyyəti müvəqqəti olaraq qadağan edilib. Polis və səhiyyə sistemi kimi vacib qurumlar isə işinə davam edir. Bundan əlavə, qonşu dövlətlərlə sərhədlərə ciddi nəzarət olunur. Yəni insanların rahat hərəkət etməsi əvvəlki kimi mümkün deyil. Mütləq şəkildə yoxlamalar aparılır və lazım olduğu təqdirdə karantin tətbiq edilir. Bağlanan idarə və müəssisələrə dəyən zərərlərin isə hökumət tərəfindən qarşılanacağı bildirilib. Günəmuzd işləyən insanlar mövcud vəziyyətə görə, işlərini itirdiyi üçün yaşadıqları ərazilər üzrə bələdiyyələrə müraciət edərək sosial yardım ala bilirlər və hər kəs bu imkanla təmin olunub.

 

Mediada koronavirusla bağlı qorxuducu, təşviş yaradacaq məlumatlar verilmir. Əksinə, təhlükədən qorunmaq üçün yetərincə maarifləndirici proqramlara üstünlük verilir və bu sahə üzrə mütəxssislərin fikirləri yaymlanır. Hətta, bəzi hallarda virusa yolxmuş və sağalmış insanların təcrübələri də ictimaiyyətə çatıdırılır. Bundan əlavə, əsasən də marketlərdə metryarımlıq məsafəyə xüsusilə əməl edilir. Hətta, yalnız üz-üzə yelşən kassa aparatları fəaliyyət göstərir ki, insanların yalnız irəli-geri məsafəsi deyil, yanaşı məsafəsi də qorunsun. Bir sözlə, Niderland əhalisi pandemiya ilə bağlı yetərincə maariflənib. Bununla yanaşı, Niderlandda karantin qaydaları tamamilə sərtləşib və bu qaydalar aprel ayının 28-ə qədər qüvvədədir. Aprel ayının 28-dən sonra isə yeni qaydalar müəyyən olunacaq. Yəni qaydalar ya daha da sərtləşəcək, ya yumşalacaq, ya da tamailə ləğv olunacaq”.

 

Rusiya Federasiyasında yaşayan azərbaycanlı iş adamı Atamoğlan Çələbiyev: “Burada koronavirusun fəsadları durmadan artır, yoluxanlar və ölənlərin sayı çoxdur. Hazırda ölkədə karantin rejimidir. Belə ki, bir çox idarələr, müəssisələr, məktəblər, bağçalar fəaliyyətini dayandırıb. Günədlik olaraq küçələrdə, dayancaqlarda, vağzallarda, hava limanlarında dezinfeksiya işləri aparılır. Kütləvi müəssisələrdə işləyən insanların xüsusi maska və əlcəklərdə işləməsi məcburidir. Digər tərəfdən, təxirə salınması qeyri-mümkün olan iş yerləri var ki, həmin idarələrin əməkdaşlarına da fəaliyyət göstərmək üçün xüsusi arayışlar verilib.

 

Rusiyada aprelin 7-nə kimi karantin rejimi elan edilmişdi. Lakin Prezdient Vladmiri Putinin göstərişi ilə karantin rejimi aprelin sonuna qədər uzadıldı. Təbii ki, karantin qaydalarını pozanlar da var. Qanunu pozanlar üçünsə cərmilər tətbiq olunur. Belə ki, qanunu pozan şəxslərə birinci növbədə xəbardarlıq olunur. Lakin bu hal təkrarlanarsa, həmin şəxslər 8 min rubldan 40 min rubla (160 manatdan, 800 manata) qədər cərimə olunurlar. Bundan əlavə, xəstəxanalarda xüsusi yerlər ayrılıb, xüsusi dərman preparatları və tibbi cihazlar vasitəsi ilə virusa yoluxmuş xəstələrin müalicələri davam etdirilir. Mətbuat vasitəsilə də gündəlik olaraq insanlara xəbərdarlıq olunur və maarifləndirilir. Dövlət tərəfindən görülən tədbirlərə insanlar da bacardıqca da əməl edirlər”.

 

Cənubi azərbaycanlı, İranda nəşr olunan “Ədəbi körpü” jurnalının əməkdaşı Səxavət İzzəti: “Koronavirus İranda iki aya yaxındır ki, yayılmağa başlayıb. Pandemiyanın qarşısını almaq üçün dövlət tərəfindən müxtəlif tədbirlər görülür. Müxtəlif vasitələrlə insanlar maarifləndirilir. Bununla yanaşı, mətbuat və sosial şəbəkələr vasitəsilə də əhali bir-birini maarifləndirir və qorumağa çalışır. Koronaviurs İranda özünü göstərməyə başlayan kimi, dövlət tez bir surətdə xəstəxanaları hazır vəziyyətə gətirdi ki, koronavirusa yoluxmuş insanlar özbaşına buraxılmasın və nəzarətə götürülsün. Bundan əlavə, virusla rahat mübarizə aparmaq üçün xəstəxanaların sayı artırıldı və İran Silahlı Qüvvələri xalqın köməyinə gəldi. Silahlı Qüvvələr tərəfindən müxtəlif tədbirlər görülməyə başlandı. Belə ki, gündəlik olaraq kəndlər, rayonlar, şəhərlər, küçələr, məhəllələr dezinfeksiya olunmağa başlandı və tədbirlər artırıldı. Digər tərəfdən, dövlət insanlar arasındakı ünsiyyəti kəsmək üçün karantin rejiminə start verdi. Ki, insanlar biri-biriləri ilə məsafə saxlasın və virusun zənciri qırılsın. İnsanlar da karantin rejiminə kifayət qədər əməl etdilər.

 

Koronavirusun yayılmasının Novruz bayramı ərəfəsinə təsadüf etməsi yoluxma sürətinin artmasına səbəb oldu. Koronavirus İranda elə bir vaxtda yayılmağa başladı ki, ölkədə Novruz bayramı qeyd edilirdi. İstər eyni şəhərdə, istərsə də digər şəhərlər, kəndlər və rayonlar arasında səfərlər həddindən artıq çox olurdu. Təkcə Təbriz şəhərində milyonlarla insan yaşayır. Bu milyonlarla insan kəndlərə, şəhərlərə axın edirdi. Heç dövlət də bu səfərləri qadağan etməmişdi. Sadəcə, ölkə rəsmiləri və Səhiyyə Nazirliyi tərəfindən verilən tövsiyyələrə əməl edərək insanlar evlərində oturdu və bunun nəticəsində səfərlərin sayı 70 faiz azaldı. Buna rəğmən, İranda hazırda 58 mindən çox insan virusa yoluxub ki, onlardan da 3600-dən çoxu dünyasını dəyişib. 22 mindən çox insan isə virusa qalib gəlməyi bacarıb. 4000-dən çox insanın vəziyyəti ağır olaraq qalır. Bununla yanaşı, artıq İranda geridə qalan zaman ərzində bir sıra vaksinlər hazırlanmağa cəhd olunub və standartlara cavab verən dərman vasitələri də qeydə alınıb. Bu gedişlə də İranda Covid-19-un vaksini tapılacaq”.

 

Türkiyədə yaşayan həmyerlimiz, rejissor Vaqif Əzizov: “Türkiyədə koronavirusa ilk yoluxma martın 11-də qeydə alındı. Sonra isə sürətlə artmağa başladı və ölümlər meydana çıxdı. Artıq yoluxma və ölüm halları da artmaqda davam edir. Bir sözlə, vəziyyət elə də ürəkaçan deyil. Artıq küçəyə çıxmaq qadağası qoyulub. Lakin bu qərar insanlar tərəfindən birmənalı qarşılanmadı. Çünki qadağa yalnız 65 yaşdan yuxarı və 20 yaşdan aşağı insanlara tətbiq olunub. Amma bu, o demək deyil ki, 20 yaşdan 65 yaşa qədər olan insanlar da rahat küçəyə çıxa bilərlər. Belə ki, yalnız vacib işləri olan insanlar evlərini tərk edə bilərlər. Maskasız küçəyə çıxmaq, ictimai nəqliyyat vasitələrinə minmək isə tamamilə qadağandır. Buna görə də bələdiyyələr ərazilər üzrə insanlara pulsuz maskalar paylamağa başlayıb. Marketlərdə, bazarlarda alış-verişlə bağlı vəziyyətdə isə elə də çətinlik yoxdur. Sadəcə bir az qiymət artımı var. Bəzi hallarda isə bir çox qidaları tapmaq mümkün olmur. Bir problem də var ki, insanlar karantin rejiminə riayət etmək istəmirlər. Buna görə də, açıqlamalarda fövqəladə vəziyyətin qaçılmaz olduğu deyilir. Təbii ki, qaydaları pozanlara da cərimələr tətbiq olunur.

 

Bu yaxınlarda Prezident Rəcəb Tayyib Ərdoğan “Biz bizə yetərik, Türkiyəm” adlı yardım kampaniyasına start verdi. İmkanı olan şəxslər müvafiq nömrələrə SMS göndərərək 10 TL-dən (3.5 manat) başlayaraq kampaniyaya qoşula bilirlər. Artıq 500 milyon manatdan çox vəsait toplanıb ki, işlərini itirən və acınacaqlı durumda olan ailələrə yardım olunsun. Həm də bələdiyyələr də bu kampaniyaya qoşularaq yoxsul ailələrə dəstək olurlar. Bununla yanaşı, 60 yaşdan yuxarı olan insanlara 500 manat civarında yardım edilir. Yəni dövlət əlindən gələni etməyə çalışır. Sadəcə olaraq insanlar qaydalara çox da əməl etmirlər”.

Müəllif: Mərahim Nəsib

Pin up casino Pin-up casino giriş