Dünya birjalarında neft bahalaşıb

İqtisadiyyat

05.04.2024 - 11:28

“Azeri Light”ın bir bareli 91 dollardan baha satılır

Dünya birjalarında neft bahalaşıb. AYNA xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,51 dollar artaraq 91,16 dollar olub. Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,28 dollar artaraq 86,87 dollar təşkil edib.

Azərbaycan nefti isə ucuzlaşıb. “Azeri Light” markalı neftin bir barelinin qiyməti 0,7 dollar və ya 0,76 faiz azalaraq 91,95 dollar olub.

Qeyd edək ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

Müəllif: Ayna.az