Dünən 79 cinayətin üstü açılıb

Xəbərlər

23.05.2025 - 14:46

Həkimlər Klinikalar SEO Xidməti

Borclu şəxs qismində axtarışda olan 57 nəfər saxlanılaraq təhvil verilib

Mayın 22-də ölkə ərazisində qeydə alınan 78, əvvəlki dövrlərdən bağlı qalan 1 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub. AYNA.AZ xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib.

Qeyd olunub ki, axtarışda olduğuna görə ümumilikdə 80, o cümlədən borclu şəxs qismində axtarışda olan 57 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Narkotiklərlə əlaqəli 36, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 12 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 67 nəfər saxlanılıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş