Dumanlı havada azan 4 nəfər xilas edilib

Xəbərlər

21.03.2022 - 00:41

Həkimlər Klinikalar SEO Xidməti

Vətəndaşlar dağdan təhlükəsiz əraziyə təxliyə olunaraq xilas ediliblər

Siyəzən rayonu, Zarat kəndi istiqamətində dağlıq ərazidə qarlı və dumanlı hava şəraitində yollarını azaraq köməksiz vəziyyətdə qalan 4 nəfər xilas edilib.

Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən AYNA-ya verilən məlumata görə, bu barədə qurumun “112" qaynar telefon xəttinə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Siyəzən Rayon Yanğından Mühafizə Hissəsinin müvafiq qüvvələri dərhal əraziyə cəlb olunub.

Yanğınsöndürən-xilasedicilər tərəfindən vətəndaşlar operativ olaraq dağdan təhlükəsiz əraziyə təxliyə olunaraq xilas ediliblər.

Fövqəladə Hallar Nazirliyi bir daha əhaliyə müraciət edərək havaların qeyri-sabit və yağmurlu keçməsi, bəzi ərazilərdə intensiv xarakter alması, o cümlədən dağlıq ərazilərdə güclü qar yağması ilə əlaqədar müvafiq təhlükəsizlik qaydalarına ciddi riayət etməyə çağırır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş