Duda: “Varşava Ukrayna ilə bağlı danışıqlarda iştirak etməlidir”

Dünya

03.02.2025 - 13:46

Həkimlər Klinikalar SEO Xidməti

“Polşanın danışıqlarda iştirakı Kiyevin maraqlarına uyğun olardı”

“Varşava Ukrayna ilə bağlı danışıqlarda iştirak etməlidir”. AYNA xəbər verir ki, bu sözləri Polşa Prezidenti Anjey Duda “Financial Times” (FT) qəzetinə müsahibəsində deyib.

Polşa lideri əmindir ki, ABŞ Prezidenti Donald Tramp digər ölkələri danışıqlar masasına dəvət etsə, Polşanın iştirakı Ukraynanın maraqlarına cavab verəcək.

Yanvarda Duda deyib ki, Rusiya ilə silahlı qarşıdurmada Ukraynanın tam qələbəsini təsəvvür etmək mümkün deyil.

Qeyd edək ki, bir gün əvvəl Donald Tramp Rusiya və Ukrayna ilə təmasların olduğunu bəyan edərək, danışıqların uğurlu keçdiyini vurğulayıb. Ukrayna xüsusilə seçki və təhlükəsizlik məsələlərində bu danışıqlardakı rolundan narahatlığını ifadə edib. Kreml bundan əvvəl ABŞ Prezidentinin komandasından heç bir konkret təklif almadığını bildirmişdi.

Kiyevdə Trampın təşəbbüslərinə ehtiyatla yanaşılır. Ukrayna Prezidenti Volodimir Zelenski Ukraynanın ABŞ və Rusiya arasında danışıqlardan kənarlaşdırıla biləcəyindən narahat olduğunu bildirib.

Bundan əvvəl Trampın apreldə Polşaya səfər edə biləcəyi məlum olub.

Müəllif: Ayna.az