Dövlət və hökumət rəsmiləri Ulu Öndərin xatirəsini yad ediblər

Xəbərlər

12.12.2024 - 11:59

Həkimlər Klinikalar SEO Xidməti

Azərbaycanın banisi və qurucusu Heydər Əliyevin xatirəsi dərin ehtiramla yad edilib

Dekabrın 12-si Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anım günüdür.

AYNA xəbər verir ki, Milli Məclisin sədri Sahibə Qafarova, Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev, digər dövlət və hökumət rəsmiləri, hərbi qulluqçular, hüquq-mühafizə orqanlarının əməkdaşları, diplomatik korpusun nümayəndələri Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edərək abidəsi önünə gül dəstələri qoyub, müasir müstəqil Azərbaycanın banisi və qurucusu Ulu Öndərin xatirəsinə dərin ehtiramlarını bildiriblər.

Ulu Öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə gül dəstələri qoyulub.

Dövlət və hökumət rəsmiləri Ulu Öndərin xatirəsini yad ediblər
Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş