Dövlət Neft Şirkətinə birinci vitse-prezident təyin edilib

Xəbərlər

10.02.2022 - 15:47

Həkimlər Klinikalar SEO Xidməti

Rövşən Nəcəf Dövlət Neft Şirkətinin prezidenti vəzifəsini müvəqqəti icra edəcək

Rövşən Çingiz oğlu Nəcəf Azərbaycan Respublikası iqtisadiyyat nazirinin birinci müavini vəzifəsindən azad edilib. AYNA xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb.

Prezidentin digər Sərəncamı ilə Rövşən Çingiz oğlu Nəcəf Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti təyin edilib.

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti Rövşən Çingiz oğlu Nəcəfə həvalə edilib.

Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş