Prezident İlham Əliyev kino xadimlərini mükafatlandırıb
Prezident İlham Əliyev Azərbaycan kino xadimlərinin “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. AYNA dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, bu mükafata Əlizadə Oqtay Mahmud oğlu və Rzayev Nazim İsrafil oğlu layiq görülüb.
İlham Əliyev, həmçinin Azərbaycanın kino xadimlərinə fəxri adların verilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən:
Xalq artisti
Əliyev Vidadi Hüseyn oğlu
Həsənov Vidadi İsmail oğlu
Quliyeva Xalidə Camal qızı
Əməkdar incəsənət xadimi
Azay Adil Çərkəz oğlu
Əməkdar artist
Əlilicanzadə Qorxmaz Məmməd oğlu
Namazov Zilli Yunus oğlu
Əməkdar mədəniyyət işçisi
Ağayev Nəsir İsmayıl oğlu
Dadaşova Nelli Hacı qızı
Hüseynov Nazim Fikrət oğlu
Quliyev Babək Barat oğlu
Mahmudova Zəkiyyə Güləmi qızı
Məmmədov Əli Bala Ənvər oğlu
Muxtarova Tamilla Muxtar qızı.
Dövlət başçısı Azərbaycanın kino xadimlərinə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında da sərəncam imzalayıb. Sərəncamla Azərbaycan kino sənəti sahəsində uzunmüddətli səmərəli fəaliyyətlərinə görə Babayeva Zemfira Baba qızı və Sadıxova Zemfira Emin qızına fərdi təqaüd təyin olunub.
Nəhayət, Prezident Azərbaycan kino sahəsi işçilərinin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. Azərbaycanda kino sahəsində səmərəli fəaliyyətlərinə görə, Ağayev Xanlar Ağakərim oğlu, Həsənov Mahir Məhəmməd oğlu və Hüseynov Əlisəfdər Mürsəl oğlu “Tərəqqi” medalı ilə təltif ediliblər.