Göygöl Rayon Polis Şöbəsi əməkdaşları daxil olmuş müraciətlər əsasında əməliyyat keçirib
Göygöl Rayon Polis Şöbəsi əməkdaşları daxil olmuş müraciətlər əsasında əməliyyat keçirib.
Daxili İşlər Nazirliyindən (DİN) AYNA-ya verilən məlumata görə, əməliyyat nəticəsində “Demokratik.az” saytının baş redaktoru, Göygöl şəhər sakini Osman Rzayev tutulub.
Rzayev əməliyyat tədbiri nəticəsində cari ilin iyun ayı ərzində Rayon Mərkəzi Xəstəxanasının direktoru V.Əliyevə, xəstəxananın şöbə müdiri Ə.Alıyevə, həkimi R.Əkbərova və Goranboy rayon Suvarma Sistemləri İdarəsinin müdiri İ.Məhərrəmova barələrində rüsvayedici məlumatlar yaymaqla hədə-qorxu gəlib müxtəlif məbləğlərdə pul tələb etməkdə şübhəli bilinir.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 182-ci maddəsi (Hədə-qorxu ilə tələb etmə) ilə cinayət işi başlanılıb.