Diplomatik xidmətə qəbul imtahanının nəticələri açıqlanıb

Xəbərlər

25.07.2022 - 11:22

Həkimlər Klinikalar SEO Xidməti

69 nəfərin nəticələri müəyyən edilmiş şərtlər çərçivəsində qənaətbəxş hesab olunub

Xarici İşlər Nazirliyinin kadr təminatı prosesinin təkmilləşdirilməsi məqsədilə diplomatik xidmətə qəbulun müsabiqə formatında həyata keçirilməsinə qərar verilib. AYNA xəbər verir ki, bu barədə XİN-in Mətbuat Xidməti İdarəsindən bildirilib.

Qeyd olunub ki, Dövlət İmtahan Mərkəzi (DİM) ilə aparılan hərtərəfli müzakirələrin nəticəsində, mərkəzləşdirilmiş qaydada, iki əsas mərhələdən (yazılı imtahan və müsahibə) ibarət müsabiqə prosesi təşkil edilib.

Müsabiqənin DİM tərəfindən 23 yanvar 2022-ci il tarixində təşkil edilən yazılı imtahan mərhələsində 460 nəfər iştirak edib.

Namizədlər qarşısında qoyulmuş tələblərə uyğun olaraq ən yüksək nəticə göstərən ilk 100 nəfər, habelə yazılı imtahan mərhələsi üzrə iştirakçıların apellyasiya müraciətlərinin nəticələri də nəzərə alınaraq, ümumilikdə 113 nəfər iştirakçı müsahibənin növbəti mərhələsinə dəvət olunub.

Diplomatik xidmətə qəbul müsabiqəsinin ikinci-müsahibə mərhələsi 10 may – 2 iyun 2022-ci il tarixlərində təşkil edilib və müsahibədə 106 namizəd iştirak edib.

Müsahibə mərhələsinin yekunlarına əsasən 67 namizədin nəticələri, o cümlədən apellyasiyaya müraciət edən iştirakçılardan 2 namizədin müsahibə nəticələri müəyyən edilmiş şərtlər çərçivəsində qənaətbəxş hesab olunub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş