DİN və ANAMA-dan mina təhlükəsi ilə bağlı müraciət

Xəbərlər

13.10.2023 - 13:16

cedabet dərman SEO Xidməti

Təhlükəli ərazilərdə hər bir addım ölümcül fəsadlar törədə bilər

Daxili İşlər Nazirliyi (DİN) və Azərbaycan Respublikası Minatəmizləmə Agentliyi (ANAMA) vətəndaşlara mina təhlükəsi ilə bağlı müraciət edib.

AYNA xəbər verir ki, müraciətdə DİN və ANAMA bir daha vətəndaşları məsuliyyətli olmağa və təhlükəli ərazilərə daxil olmamağa çağırır:

Təhlükəli ərazilərdə hər bir addım ölümcül fəsadlar törədə bilər. Aşağıdakı tövsiyələrə riayət edərək mina təhlükəsi ilə mübarizə fəaliyyətinə dəstək olaq.

  • Təhlükəli və bələd olmadığınız ərazilərə daxil olmayın!
  • Yalnız gündəlik işlək yollardan istifadə edin!
  • Yolda və ya cığırda olan maneələrdən ehtiyatlı olun!
  • Naməlum əşyalara toxunmayın!
  • Özünüzü, ailənizi, yaxınlarınızı düşünün!
Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş