DİN-dən Səfər Mehdiyevi saxlayan polislərlə bağlı AÇIQLAMA

Xəbərlər

10.08.2022 - 15:10

Elşad Hacıyev: “Bu məlumatlar həqiqəti əks etdirmir”

Daxili İşlər Nazirliyi (DİN) Dövlət Gömrük Komitəsinin sabiq sədri Səfər Mehdiyevi saxlayan yol polislərinin işdən çıxarılması ilə bağlı iddialara münasibət bildirib.

AYNA-nın məlumatına görə, DİN-in Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, yol polislərinin daxili işlər orqanlarından xaric olunması iddiaları əsassızdır.

“Bu məlumatlar həqiqəti əks etdirmir”, - DİN rəsmisi vurğulayıb.

Qeyd edək ki, bir neçə gün öncə Dövlət Gömrük Komitəsinin sabiq sədri Səfər Mehdiyevin idarə etdiyi avtomobilin saxlanmasını əks etdirən görüntülər yayılıb. Hadisə vaxtı keçmiş sədr idarə etdiyi “Mercedes gelandewagen” markalı, 90 AA 978 dövlət qeydiyyat nişanlı avtomobildən düşərək yol polisi əməkdaşlarına hirslənib.

Bu gün isə həmin yol polislərin daxili işlər orqanlarından xaric olunması ilə bağlı məlumatlar yayılmışdı.

Müəllif: Ayna.az