Dilqəm və Şahbazın saxlanıldığı Şuşa həbsxanasından <font color=red> GÖRÜNTÜLƏR</font>

Xəbərlər

30.11.2020 - 13:59

Həkimlər Klinikalar SEO Xidməti

Həbsxanada saxlanma şəraiti həddindən artıq pis olub

 

Ermənilər tərəfindən girov götürülən Dilqəm Əsgərov və Şahbaz Quliyevin bir müddət öncə saxlanıldığı Şuşa həbsxanasının indiki görüntüsü yayılıb. AYNA “Baku” TV-yə istinadən xəbər verir ki, hərbçilərimiz həbsxananın son vəziyyətini çəkib paylaşıblar.

 

Kadrlardan da göründüyü kimi, həbsxanada saxlanma şəraiti həddindən artıq pis olub. Girovluqda olan soydaşlarımız uzun müddət bu həbsxanada qalıb.

 

Xatırladaq ki, Qarabağ döyüşləri ərəfəsində Dilqəm Əsgərov və Şahbaz Quliyev ermənilər tərəfindən Şuşa həbsxanasından çıxarılıb. Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) əməkdaşlarının verdiyi məlumata əsasən, soydaşlarımız Şuşa həbsxanasından çıxarılaraq öncə Gorisə, bir müddət orada saxlandıqdan sonra isə Şiraka aparılıblar.

 

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş