Diktator sağdır, yoxsa ölüb - <font color=red> İLGİNC FOTOLAR</font>

Dünya

26.04.2020 - 23:09

cedabet dərman SEO Xidməti

Kim Çen İnnin 4 gündür öldüyü haqqında xəbərlər yayılıb

 

Öldüyü haqqında günlərdir xəbərlər yayılan Şimali Koreyanın prezidenti Kim Çen İnnin qatarının havadan çəkilmiş görüntüsü yayılıb. 

 

AYNA xarici mediaya istinadən məlumat verir ki, “Reuters” Xəbər Agentliyi  Şimali Koreya ilə bağlı araşdırmalar aparan Vaşinqtondakı bir araşdırma mərkəzinin əldə etdiyi havadan çəkilmiş görüntüləri paylaşıb. Görüntülərdə Şimali Koreya liderinə aid şəxsi qatarın Vonsana getdiyi məlum olub. Amma Mərkəz Kim Çen İnnin Vonsanda olub-olmadığını müəyyənləşdirə bilməyib. Mərkəzin açıqlamasında bildirilir ki, qatarın görünməsi Şimali Koreya liderinin harada olduğunu sübut etmir: “Görüntülər həmçinin Kim Çenin sağ olduğu anlamını da vermir. Ancaq Kimin ölkənin Şərq sahillərində, elit bir bölgədə qaldığı haqqında verilən məlumatlara uyğundur”. 

 

Qeyd edək ki, Şimali Koreyanın dünyada diktator kimi tanınan prezidenti Kim Çen İnnin 4 gündür öldüyü haqqında xəbərlər yayılıb. Bəzi xarici media orqanları Kim Çenin ürək əməliyyatı zamanı komaya düşdüyünü, daha sonra öldüyünü, bəzi KİV-lər isə Şimali Koreya liderinin sağ olduğunu və ölkənin Şərq sahillərində elit bölgələrdən olan Vonsanda malikanəsində istirahət etdiyini yazır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş