Dəniz quldurları Türkiyə gəmisini ələ keçirib - <font color=red> Azərbaycanlı öldürülüb</font>

Dünya

24.01.2021 - 00:27

Həkimlər Klinikalar SEO Xidməti

Gəmiyə basqınla əlaqədar lazımi qurumlara məlumat verilib

 

Qvineya körfəzində Türkiyəyə məxsus “Mozart” konteyner gəmisi nigeriyalı dəniz quldurları tərəfindən ələ keçirilib.

 

AYNA Türkiyə mediasına istinadən xəbər verir ki, gəmiyə daxil olan quldurlar 2-ci mühəndis, azərbaycanlı Fərman İsmayılovu qətlə yetirib, 15 nəfəri isə qaçırıb. 4-cü mühəndis Furkan Yaren, baş mühəndis Süha Tatlıgül və 1 nəfər neftçi isə “Mozart”da buraxılıb. Yaren piratların naviqasiya cihazlarını sökdüyünü və kor-koranə şəkildə gəmini sürdüyünü bildirib.

 

Gəmiyə basqınla əlaqədar lazımi qurumlara məlumat verilib. Dəniz quldurlarının sövdələşmə üçün gözlədikləri deyilir.

 

Qeyd edək ki, konteyner gəmisi Cənubi Afrika Respublikasına doğru üzüb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş