Dayanma-durma qaydalarını pozan sürücülər cəzalandırılıb

Xəbərlər

22.11.2021 - 04:42

Həkimlər Klinikalar SEO Xidməti

Qaydaları pozan avtomobillərin sahibləri barəsində inzibati qaydada protokollar tərtib olunub

Kürdəmirdə qaydaları pozan sürücülər cərimələniblər. AYNA “Report”a istinadən xəbər verir ki, Kürdəmir Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları növbəti dəfə şəhərin küçə və prospektlərində dayanma-durma qaydalarına riayət olunması ilə əlaqədar tədbir keçiriblər.

Yol polisi əməkdaşları tədbirlər zamanı küçə və prospektlərdə dayanma-durma və parklanma qaydalarını pozan, eləcə də avtobus dayanacaqlarını, piyada səkilərini zəbt edən nəqliyyat vasitələrinin sürücüləri ilə maarifləndirici söhbətlər aparıblar.

Xəbərdarlıqlara baxmayaraq, qaydaları pozan avtomobillərin sahibləri barəsində isə inzibati qaydada protokollar tərtib olunub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş