Daxili Qoşunların hərbçisi bədbəxt hadisə nəticəsində ölüb

Xəbərlər

30.05.2023 - 19:36

Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçusu Ş.Əmiraslanov bu gün keçirilən təlim zamanı odlu silahla ehtiyatsız davranması nəticəsində açılmış atəşdən xəsarət alıb.

Bu barədə AYNA-ya DİN-in Mətbuat xidmətindən bildirilib.

Məlumata görə, o, xəstəxanaya çatdırılıb, lakin həkimlərin səyinə baxmayaraq vəfat edib.

Müəllif: Ayna.az