Danimarka Ukraynaya əsgərlər göndərməyi planlaşdırır

Dünya

22.04.2025 - 16:54

Həkimlər Klinikalar SEO Xidməti

Danimarkanın Ukraynaya nə qədər əsgər göndərəcəyi hələlik bəlli deyil

Danimarka pilotsuz təyyarələrdən istifadəni öyrənmək üçün Ukraynaya əsgərlər göndərməyi planlaşdırır. AYNA.AZ “Fria Tider”ə istinadən xəbər verir ki, bu barədə ölkənin Quru Qoşunlarının baş komandanı Piter Boyesen deyib.

Onun sözlərinə görə, Danimarka qoşunları Ukraynanın qərbində pilotsuz təyyarələrin taktikası üzrə təlimlərdə iştirak etmək üçün yerləşdiriləcək: "Biz bir neçə komanda göndəririk. Onlar ora müharibədə fəal iştirak etmək üçün getmirlər", deyə qeyd edib.

Təlim bir-iki həftəlik kurslar şəklində aparılacaq. Danimarkanın Ukraynaya nə qədər əsgər göndərəcəyi hələlik bəlli deyil.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş