Onun barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib
Azərbaycanda vəzifəli şəxs saxlanılıb. AYNA-nın əldə etdiyi məlumata görə, Şirvan Kommunal Kombinatı müəssisəsinin rəhbəri Vəliyev Aqil Rəhimdil oğlu korrupsiya cinayətlərində təqsirli şəxs kimi tutulub.
Müəssisə rəhbəri Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi əməkdaşları tərəfindən saxlanılıb və barəsində cinayət işi başlanıb. Onun haqqında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.