İrandan gələn narkotacir tutuldu

Hadisə

12.09.2019 - 12:51

Siqaret qutusundan psixotrop maddə çıxıb

 

Cənub Ərazi Baş Gömrük İdarəsinin "Biləsuvar" gömrük postunda piyada yolla İran İslam Respublikasından gələn Azərbaycan vətəndaşı saxlanılıb və üzərində yoxlama aparılıb.

 

Dövlət Gömrük Komitəsinin (DGK) Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AYNA-ya verilən məlumata görə, nəticədə ona məxsus 1 ədəd "Kent" markalı siqaret qutusunun içərisindən 4 ədəd bükümdə, çəkisi 0,802 qramolan psixotrop maddə-metamfetamin aşkarlanıb.

 

Xatırladaq ki, metamfetamin "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin I Siyahısı"na daxildir.

 

Hazırda faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az