Daha bir ölkənin Azərbaycanda səfirliyi fəaliyyətə başlayıb

Siyasət

01.10.2019 - 17:38

Həkimlər Klinikalar SEO Xidməti

XİN-in idarə rəisi Slovakiya Respublikasının Azərbaycan Respublikasına yeni təyin olunmuş müvəqqəti işlər vəkilini qəbul edib

 

Xarici İşlər Nazirliyinin (XİN) Dövlət Protokolu İdarəsinin rəisi, səfir Pərvin Mirzəzadə Slovakiya Respublikasının Azərbaycan Respublikasına yeni təyin olunmuş müvəqqəti işlər vəkili Elçin Qasımovu qəbul edib. XİN-in mətbuat xidmətindən AYNA-ya verilən məlumata görə, görüşdə Elçin Qasımovu Slovakiyanın Xarici və Avropa İşləri üzrə Nazirliyi tərəfindən ünvanlanmış notanı Pərvin Mirzəzadəyə təqdim edib.

 

Notada verilmiş məlumata əsasən, 2019-cu ilin 1 oktyabr tarixindən etibarən Slovakiya Respublikasının Azərbaycan Respublikasında Səfirliyi fəaliyyətə başlayır.

 

Səfir Pərvin Mirzəzadə Slovakiyanın Azərbaycanda səfirliyinin açılmasının iki ölkə arasında əməkdaşlığın və dostluğun daha da genişləndirilməsi və irəlilədilməsinə təkan verəcəyini bildirib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş