Daha bir ölkədə "omikron" ştamı aşkarlanıb

Dünya

25.12.2021 - 09:15

Həkimlər Klinikalar SEO Xidməti

"Omikron" ştamına yoluxanların sayı artmaqdadır

Şimali Makedoniyada koronavirusun "omikron" ştamına ilk yoluxma halı aşkarlanıb.

AYNA xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə respublikanın Səhiyyə Nazirliyi məlumat yayıb.

Skopyedəki özəl klinikalardan birində aparılan analizlər nəticəsində Böyük Britaniyadan gələn şəxsdə “omikron” ştamı qeydə alınıb.

Xəstə 2021-ci ilin yanvarında simptomsuz koronavirusa yoluxub. Bundan sonra o, iki doza "Pfizer" peyvəndi qəbul edib. İki gün əvvəl o, testdən keçib və "omikron" ştamı aşkarlanıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş