Daha bir ölkədə karantin rejimi uzadılıb

Dünya

03.05.2020 - 07:17

İndiyədək Əfqanıstanda 2 496 nəfər koronavirusa yoluxub

 

Əfqanıstan hökuməti ölkənin böyük şəhərlərində, həmçinin paytaxt Kabildə karantin rejiminin müddətini daha 20 gün uzadıb. 

 

AYNA "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu müddət ərzində universitetlər işləməyəcək, eləcə də Kabildən əyalətlərə və əks istiqamətdə daxili reyslər həyata keçirilməyəcək.

 

Qeyd edək ki, indiyədək Əfqanıstanda 2 496 nəfər koronavirusa yoluxub, 72 pasiyent vəfat edib və 331 nəfər sağalıb.

Müəllif: Ayna.az