Daha bir ölkədə fövqəladə vəziyyət rejimi uzadılıb

Dünya

08.05.2020 - 09:10

Latviyada fövqəladə vəziyyət rejimi martın 13-dən tətbiq olunmaqdadır

 

Koronavirusun yayılması təhlükəsi ilə əlaqədar Latviyada fövqəladə vəziyyət rejimi iyunun 9-dək uzadılır, lakin bu zaman bir sıra yüngülləşmələr nəzərdə tutulur. AYNA bildirir ki, bu barədə “Sputnik Latviya” xəbər verib.

 

"Fövqəladə vəziyyət rejimi iyunun 9-dək uzadılır. Mayın 12-dən sonra 25 nəfərədək qrupların yığışmasına icazə veriləcək, onların hamısı iki metr məsafə gözləməlidir. İctimai nəqliyyatda maskaların məcburi taxılması tətbiq olunacaq", - deyə Nazirlər Kabinetindən bildiriblər.

 

Xatırladaq ki, Latviyada fövqəladə vəziyyət rejimi martın 13-dən tətbiq olunmaqdadır. Respublikada ictimai tədbirlərin keçirilməsi qadağan olunub, ali təhsil müəssisələri və məktəblər əyani təhsil üçün bağlanıb, bütün beynəlxalq sərnişin nəqliyyatı dayandırılıb. Sosial distansiya tədbirləri tətbiq edilib.

Müəllif: Ayna.az