Daha bir ölkə Rusiyadan qaz idxalını dayandıracaq

Dünya

07.04.2022 - 17:08

Həkimlər Klinikalar SEO Xidməti

Latviya və Polşaya Estoniya da qoşuldu 

Estoniya hökuməti bu il Rusiya qazının idxalını dayandırmaq qərarına gəlib. AYNA xarici mediaya istinadən bildirir ki, bu barədə ölkənin Baş naziri Kai Kallas deyib. 

"Biz milli qaz ehtiyatlarını artırmaq və payızda yeni terminalının işə salına biləcəyi Paldiskidə mayeləşdirilmiş təbii qazın qəbulu üçün imkanlar yaratmaq qərarına gəldik", - deyə Baş nazir vurğulayıb.

Xatırladaq ki, bundan əvvəl Latviya və Polşa Rusiya qazından imtina niyyətində olduqlarını açıqlayıblar.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş