Daha bir icra başçısının saxlanıldığı xəbəri yayılıb

Hadisə

29.04.2020 - 13:53

Həkimlər Klinikalar SEO Xidməti

DTX əməkdaşları icra hakimiyyətinin binasında xüsusi əməliyyat keçiriblər

 

Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) xüsusi təyinatlı dəstələrinin Biləsuvar Rayon İcra Hakimiyyətinin (RİH) binasında xüsusi əməliyyat keçirdikləri barədə məlumat yayılıb. AYNA “BakuPost”a istinadən xəbər verir ki, əməliyyat karantin rejimi ilə əlaqədar əhaliyə yönəlmiş dövlət dəstəyinin, yardımların mənimsənilməsi ilə bağlı keçirilib.

 

Bildirilir ki, bununla bağlı sakinlərdən çoxsaylı və əsaslı şikayətlər olub.

 

Məlumata görə, əməliyyat zamanı icra başçısı Mahir Quliyevlə yanaşı, birinci müavin, rayonun bələdiyyə sədri, mərkəzi xəstəxananın baş həkimi, MİS sədri və başqa bir neçə nəfər saxlanılıb.

DTX Biləsuvar İcra Hakimiyyətinin binasına girdi

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş