Daha bir icra başçısı rüşvət üstündə tutuldu

Hadisə

20.02.2020 - 13:32

DTX əməkdaşları xüsusi əməliyyat keçiriblər

 

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) xüsusi təyinatlıları bu gün Neftçala Rayon İcra Hakimiyyətinin (RİH) binasında əməliyyat keçirib. AYNA xəbər verir ki, bu barədə unikal.org-a etibarlı mənbədən məlumat verilib.

 

Həmin məlumata görə, Neftçala RİH-in başçısı İsmayıl Vəliyev rüşvət alarkən DTX əməkdaşları tərəfindən həbs edilib.

Qeyd edək ki, İsmayıl Vəliyev Azərbaycan Respublikasının ilk Baş Prokuroru İsmət Qayıbovun bacısı oğludur.

 

Xatırladaq ki, bundan əvvəl - 2019-cu il dekabrın 19-da Ağstafa RİH-in başçısı Nizaməddin Quliyev DTX-nın keçirdiyi xüsusi əməliyyat nəticəsində saxlanılıb, barəsində məhkəmə qərarı ilə həbs-qətimkan tədbiri seçilib. O da rüşvətdə ittiham olunur.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş