Daha 25 ailə Füzuliyə qayıtdı

Xəbərlər

07.09.2023 - 14:46

cedabet dərman SEO Xidməti

Köçürülən ailələrə evlərin açarları təqdim olunub

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, yenidən qurulan Füzuli şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir. AYNA xəbər verir ki, bu gün Bakının Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən yola salınan 25 ailə Füzuliyə çatıb.

Füzuliyə qayıdan ailələr mənzilllərinin açarlarını təhvil alıblar.

Bununla da Füzuli şəhərində 95 ailə olmaqla, 349 nəfərin daimi məskunlaşması təmin edilib. Qarşıdakı günlərdə Füzuli şəhərinə ailələrin köçürülməsi davam edəcək.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş