Daha 152 işsiz peşə hazırlığı kurslarına cəlb edilib

Xəbərlər

25.04.2022 - 12:49

Həkimlər Klinikalar SEO Xidməti

Kurs müddətində onlara pul da veriləcək

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin Bakı Peşə Hazırlığı Mərkəzində daha 11 peşə üzrə hazırlıq kursuna başlanıb.

Nazirlikdən AYNA-ya verilən məlumata görə, 152 işsiz şəxsin cəlb olunduğu kurslar qənnadıçı, şirniyyatçı, alətçi-çilingər, dayə, mobil telefonların təmiri ustası, minaaxtaran, bağban və s. peşələr üzrədir. 

İşəgötürənlərlə əməkdaşlıq çərçivəsində həyata keçirilən kurslarda müdavimlərə nəzəri biliklər tədris edilməklə yanaşı, müvafiq sahələr üzrə müəssisələrdə təcrübə keçmələrinə də şərait yaradılacaq.

Kursun sonunda imtahanlardan müvəffəqiyyətlə keçən məzunlara sertifikatlar təqdim ediləcək və onların işlə təmin olunmalarına dəstək göstəriləcək.

Peşə hazırlığı müddətində müdavimlərə minimum aylıq əməkhaqqı məbləğində aylıq təqaüd də veriləcək.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş