Daha 11 rayonda modul tipli məktəb quraşdırılacaq - SƏRƏNCAM

Xəbərlər

16.05.2022 - 15:46

Prezident İlham Əliyev Sərəncam imzalayıb

Azərbaycan Respublikasının ərazisində modul tipli təhsil müəssisələrinin quraşdırılması işlərinin davam etdirilməsi məqsədilə Təhsil Nazirliyinə 5 milyon manat ayırılıb.

AYNA xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb.

Maliyyə Nazirliyi bu Sərəncama uyğun olaraq maliyyələşməni təmin etməli, Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Modul məktəb qurulacaq rayonların cədvəli:

Müəllif: Ayna.az