“Crocus”da öldürülən Rostov sakinlərinin ailələrinə bir milyon rubl ödənəcək

Dünya

28.03.2024 - 14:45

“Başa düşürəm ki, heç bir pul vahidi doğma bir insanın həyatını və sağlamlığını qaytarmayacaq”

Rusiyanın Rostov vilayətinin qubernatoru Vasili Qolubev “Crocus City Hall”da həlak olan bölgə sakinlərinin ailələrinə 1 milyon rubl verəcəyini bildirib. AYNA xəbər verir ki, bu barədə məlumat qubernatorun “Telegram” kanalında paylaşılıb.

“Başa düşürəm ki, heç bir pul vahidi doğma bir insanın həyatını və sağlamlığını qaytarmayacaq. Bir daha həlak olan həmvətənlərimin yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Biz bələdiyyələrlə birlikdə lazımi təşkilati yardımı göstərməyə hazırıq”, - deyə Qolubev qeyd edib.

Müəllif: Ayna.az