Covid-19-un vaksini ilə bağlı tarix açıqlandı

Maraqlı

28.04.2020 - 16:43

Peyvənd gələn ilin sonuna qədər mövcud olmayacaq

 

Avropa Xəstəliklərin Qarşısının Alınması və Nəzarət Mərkəzi koronavirusun peyvəndi ilə bağlı mövcud məlumatları ictimaiyyətin diqqətinə çatdırıb.

 

AYNA xarici mətbuata istinadən xəbər verir ki, mərkəzin rəsmisi Pasi Penttinen yeni peyvəndin gələn ilin sonuna qədər mövcud olmayacağını bildirib.

 

“Sky News”a açıqlama verən Penttinen peyvəndin hazırlanması prosesində bir çox həkimin iştirak etdiyini söyləyib: “Peyvəndləmə prosesi çox mürəkkəb və bahalıdır. Bir çox addımdan keçməlisən. Bundan əlavə, istehsal gücünün bütün dünya üçün yetərli olduğu bir vəziyyət var”.

 

“Lakin prosesə görə, gələn ilin sonuna qədər koronavirusun peyvəndi hazır olmayacaq”, - Penttinen əlavə edib.

Müəllif: Ayna.az