Satışın rəsmi təfərrüatları və dəqiq məbləğ açıqlanmayıb
Məşhur amerikalı müğənni Britni Spirs bütün musiqi kataloqunun hüquqlarını müstəqil musiqi şirkəti “Primary wave”ə satıb. AYNA.AZ BBC-yə istinadən bildirir ki, mənbələrə görə, sövdələşmə 30 dekabr 2025-ci ildə bağlanıb və təxminən 200 milyon dollar dəyərində qiymətləndirilib. Satışın rəsmi təfərrüatları və dəqiq məbləğ açıqlanmayıb.
Qeyd edək ki, Britni Spirs dünyanın ən uğurlu pop ulduzlarından biridir və "...Baby One More Time", "Oops!... I Did It Again", "Toxic", "Gimme More" və bir çox digər hitləri ilə tanınır. Onun albomları dünyada 150 milyondan çox nüsxədə satılıb.
2024-cü ilin yanvar ayında sənətçi musiqi sənayesinə qayıtmaq planlarının olmadığını açıqlayıb. Onun ən son buraxılışı 2022-ci ildə çıxan Elton Con ilə duet olub.