Culian Assanc həbsxanada evlənəcək

Maraqlı

26.06.2021 - 23:57

“Toyun tarixi hələ bəlli deyil, çünki hələlik lazımi prosedurlardan keçirik”

 

“WikiLeaks”in qurucusu Culian Assancla nişanlısı Stella Maurise həbsxanada evlənəcəklər. AYNA xarici mediaya istinadən bildirir ki, bu barədə həbsdə olan Assancın nişanlısı məlumat verib.

 

Maurise Assancla 2016-cı ildən bəri nişanlı olduqlarını qeyd edib: “Toyun tarixi hələ bəlli deyil, çünki hələlik lazımi prosedurlardan keçirik”.

 

Cütlük Assancın saxlandığı Belmarş həbsxanasının rəhbərliyindən icazə almalı, eyni zamanda, Avstraliya vətəndaşlığına sahib “WikiLeaks”in qurucusunun vaxtı keçmiş vizası ilə bağlı problemi həll etməlidirlər. Bundan əlavə, toy etmək koronavirus pandemiyası ilə əlaqədar bir az da çətinləşib.

Ассанж собирался пожениться в тюрьме - Minval.az

Qeyd edək ki, Assancla Maurise arasındakı münasibətlər o, Ekvadorun Londondakı səfirliyində gizlənəndə başlayıb. Hazırda cütlüyün 2 və 4 yaşlında iki oğul övladı var.

 

Xatırladaq ki, bu ilin yanvar ayında London məhkəməsi C.Assancı girov müqabilində azad etməkdən imtina edib. Bu o deməkdir ki, Assanc ABŞ-ın ekstradisiya müraciətinə baxılana qədər həbsdə olacaq.

Müəllif: Ayna.az