Qorillaya qarşı ağlasığmaz ittiham

Maraqlı

21.06.2019 - 09:14

Zooparkda baş verən hadisə böyük çaşqınlıq yaradıb

 

Nigeriyada qəribə hadisə baş verib. Belə ki, zooparkdan 1.2 milyon rubl pul oğurlanıb. Həmin pulların bilet satışından əldə olunduğu deyilir.

 

AYNA xarici mətbuata istinadən xəbər verir ki, polis hadisəni araşdırmağa çalışır. Zooparkın maliyyə direktoru bildirib ki, pulu qəfil ofisə daxil olan qorilla yeyib.

 

Amma zooparkın direktoru bu versiyanı rədd edib. O, bu parkda qorilla saxlanılmadığını deyib: “Ona görə də pulları qorilla yeyə bilməz. Bütün bu hallar orada oğurluq olduğunu göstərir”.

 

Nəticədə polislər bir neçə nəfəri, eləcə də mühasibi və mühafizəçini həbs ediblər. Hadisə ilə bağlı cinayət işi başlanıb.

Müəllif: Ayna.az