Azərbaycanda son sutkada 168 nəfər peyvənd olunub
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 168 peyvənd vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 29, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 120, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 18, pozitiv nəticədən sonra “buster” doza üzrə vaksinasiya olunanların sayı 1 nəfərdir.
Ölkədə vurulan peyvəndlərin ümumi sayı 13 962 384, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 410 909, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 882 281, üç və daha çox doza vaksin vurduranların sayı 3 403 020, pozitiv nəticədən sonra “buster” doza üzrə vaksinasiya olunanların sayı isə 266 174 təşkil edir.