COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Xəbərlər

11.07.2023 - 17:53

cedabet dərman SEO Xidməti

Azərbaycanda son sutkada 26 nəfər peyvənd olunub

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 26 peyvənd vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 15, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 9, pozitiv nəticədən sonra “buster” doza üzrə vaksinasiya olunanların sayı 1 nəfərdir.

Vurulan peyvəndlərin ümumi sayı 13 967 860, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 412 737, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 884 160, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 404 629, pozitiv nəticədən sonra “buster” doza üzrə vaksinasiya olunanların sayı isə 266 334 nəfər təşkil edir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş