COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Xəbərlər

12.05.2023 - 17:42

cedabet dərman SEO Xidməti

Azərbaycanda daha 131 nəfər peyvəndlənib

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 131 peyvənd vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 18, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 84, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 26, pozitiv nəticədən sonra “buster” doza üzrə vaksinasiya olunanların sayı 3 nəfərdir.

Vurulan peyvəndlərin ümumi sayı 13 963 017, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 411 025, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 882 686, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 403 116, pozitiv nəticədən sonra “buster” doza üzrə vaksinasiya olunanların sayı isə 266 190 nəfər təşkil edir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş