COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Xəbərlər

28.08.2022 - 19:21

Həkimlər Klinikalar SEO Xidməti

Son sutkada koronavirus əleyhinə 1 187 peyvənd vurulub

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 1 187 peyvənd vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 189, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 199, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 691, pozitiv nəticədən sonra “buster” doza üzrə vaksinasiya olunanların sayı 108 nəfərdir.

Vurulan peyvəndlərin ümumi sayı 13 857 111, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 373 253, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 862 494, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 362 453, pozitiv nəticədən sonra “buster” doza üzrə vaksinasiya olunanların sayı isə 258 911 nəfər təşkil edir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş