COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Xəbərlər

12.08.2022 - 18:11

Həkimlər Klinikalar SEO Xidməti

Azərbaycanda bir gündə 1733 nəfər koronavirusa qarşı vaksinasiyadan keçib

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 1733 peyvənd vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 303, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 152, üç və daha çox doza vaksin vurduranların sayı 1070, pozitiv nəticədən sonra "buster" doza üzrə vaksinasiya olunanların sayı isə 208 nəfərdir.

Ölkədə vurulan peyvəndlərin ümumi sayı 13 836 046, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 369 674, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 859 378, üç və daha çox doza vaksin vurduranların sayı 3 350 213, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 256 781 təşkil edir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş