COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Xəbərlər

06.07.2022 - 17:44

Həkimlər Klinikalar SEO Xidməti

Son sutkada koronavirusa qarşı 2140 peyvənd vurulub

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 2140 peyvənd vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən xəbərə görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 541, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 188, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 1254, pozitiv nəticədən sonra "buster" doza üzrə vaksinasiya olunanların sayı 157 nəfərdir.

Vurulan peyvəndlərin ümumi sayı 13 776 901, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 358 266, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 854 859, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 313 744, pozitiv nəticədən sonra "buster" doza üzrə vaksinasiya olunanların sayı isə 250 032 nəfər təşkil edir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş