COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Xəbərlər

24.06.2022 - 17:46

Həkimlər Klinikalar SEO Xidməti

Son sutkada koronavirusa qarşı 1427 peyvənd vurulub

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 1427 peyvənd vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 220, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 130, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 958, pozitiv nəticədən sonra "buster" doza üzrə vaksinasiya olunanların sayı 119 nəfərdir.

Vurulan peyvəndlərin ümumi sayı 13 759 231, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 353 131, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 852 922, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 304 535, pozitiv nəticədən sonra "buster" doza üzrə vaksinasiya olunanların sayı isə 248 643 nəfər təşkil edir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş