Azərbaycanda son sutkada 2 mindən çox şəxs vaksinasiyadan keçib
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 2 069 peyvədn vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 285, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 218, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 1 386, pozitiv nəticədən sonra “buster” doza üzrə vaksinasiya olunanların sayı 180 nəfərdir.
Vurulan peyvəndlərin ümumi sayı 13 732 275, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 349 130, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 849 817, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 286 801, pozitiv nəticədən sonra “buster” doza üzrə vaksinasiya olunanların sayı isə 246 527 nəfər təşkil edir.