COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Xəbərlər

03.04.2022 - 17:44

Həkimlər Klinikalar SEO Xidməti

Bir gündə 9 min 818 nəfərə peyvənd vurulub

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 9 818 peyvənd vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 811, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 848, 3-cü və daha çox doza üzrə vaksinasiya olunanların sayı 7 594, pozitiv nəticədən sonra “buster” doza olunanların sayı isə 565 nəfərdir.

Ölkədə vurulan peyvəndlərin ümumi sayı 13 491 577, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 327 175, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 827 901, 3-cü və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 106 035, pozitiv nəticədən sonra “buster” doza olunanların sayı 230 466 təşkil edir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş