COVID-19-a qarşı peyvəndlənənlərin sayı açıqlanıb

Xəbərlər

18.05.2022 - 20:02

Həkimlər Klinikalar SEO Xidməti

Azərbaycanda son sutkada 4 minə yaxın şəxs vaksinasiyadan keçib

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 3808 peyvənd vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 350, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 800, üç və daha çox doza vaksin vurduranların sayı 2377, pozitiv nəticədən sonra "buster" doza üzrə vaksinasiya olunanların sayı isə 281 nəfərdir.

Ölkədə vurulan peyvəndlərin ümumi sayı 13 694 986, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 344 556, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 845 334, üç və daha çox doza vaksin vurduranların sayı 3 261 409, pozitiv nəticədən sonra "buster" doza üzrə vaksinasiya olunanların sayı isə 243 687 təşkil edir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş