Conson yenidən Baş nazirliyə namizəd ola bilər

Dünya

25.07.2022 - 01:29

Həkimlər Klinikalar SEO Xidməti

Mühafizəkarlar Partiyasının üzvləri sabiq Baş nazirin liderlik yarışına qatılmasını istəyir

İngiltərədə Mühafizəkarlar Partiyasının üzvləri Boris Consonun liderlik yarışına qatılmasını istəyir. AYNA xarici mediaya istinadən bildirir ki, 2000-dən çox üzv partiyaya maliyyə yardımı edən Lord Kruddas və keçmiş deputat Devid Kempbell-Bannermanın hazırladığı kampaniyaya dəstək olub.

Onlar Consonun liderlik yarışında iştirakının tərəfdarıdırlar. L.Kruddas 2019-cu ildə üzvlərin seçiminin B.Conson olduğunu deyib və bildirib ki, belə olarsa, partiya üzvləri prosesdən qopmadıqlarını hiss edəcəklər.

Kruddas eyni zamanda, partiyaya verdiyi maliyyə dəstəyini geri çəkə biləcəyi barədə xəbərdarlıq edib.

Xatırladaq ki, Baş nazir Boris Conson iyulun 7-də istefa verib və hazırda bu post üçün sabiq maliyyə naziri Rişi Sunak və xarici işlər naziri Liz Trass mübarizə aparır. Partiyanın yeni lideri sentyabrın 5-də bəlli olacaq.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş