Çindən Tayvana xəbərdarlıq: “Bu, müharibə deməkdir”

Dünya

28.11.2023 - 13:24

Həkimlər Klinikalar SEO Xidməti

“Adanın sakinləri onun müstəqilliyinə qarşı çıxmalıdırlar”

“Çin Tayvanın müstəqilliyini təşviq etmək məqsədi daşıyan hərəkətlərə qarşı yumşaq olmayacaq”. AYNA xarici mediaya istinadən bildirir ki, bu sözləri Çin Xalq Respublikası Dövlət Şurasının ada işləri üzrə ofisinin rəsmi nümayəndəsi Çen Binxua deyib.

Binxua Pekinin Tayvanla sülh yolu ilə birləşmək üçün geniş imkanlar yaratmağa hazır olduğunu vurğulayıb: “Tayvan anlamalıdır ki, onun müstəqilliyi müharibə demək olacaq”.

Çin rəsmisi hesab edir ki, adanın sakinləri onun müstəqilliyinə qarşı çıxmalı və münaqişə tərəfləri arasında münasibətlərin nizamlanmasına töhfə verməlidir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş