Çindən ABŞ-ın tariflərinə cavab

Dünya

09.04.2025 - 17:15

Həkimlər Klinikalar SEO Xidməti

Pekin Amerika mallarının idxalına olan rüsumları 84 faizə qaldırıb

Rəsmi Pekin ABŞ-ın Çin mallarına tətbiq etdiyi idxal rüsumlarını artırmasına cavab olaraq ABŞ-dan idxal edilən mallara 84 faizlik gömrük tarifləri tətbiq edəcəyini açıqlayıb. AYNA.AZ xarici mediaya istinadən xəbər verir ki, bu barədə Çinin Kommersiya Nazirliyinin məlumatında qeyd olunub.

Bundan başqa, ABŞ-ın daha 12 şirkəti Çinin ixrac nəzarəti siyahısına, 6 şirkəti isə etibarsız müəssisələr siyahısına daxil edilib.

Çin Xarici İşlər Nazirliyi də ABŞ-ın addımlarının cavabsız qalmayacağını, ölkənin qanuni hüquq və maraqlarını qorumaq üçün qətiyyətli tədbirlər görüləcəyini açıqlamışdı.

Qeyd edək ki, Donald Tramp prezident seçildikdən sonra Çin mallarına 4 mərhələdə rüsum tətbiqini elan edib. Aprelin 9-dan etibarən Çin malları üçün idxal rüsumları 104 faizə qaldırılıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş