“The Wall Street Journal”: Tramp Zelenskinin dözümlülüyündən təsirlənib

Dünya

28.07.2026 - 15:17

ABŞ Prezidenti Donald ukraynalı həmkarına inanır

ABŞ Prezidenti Donald Tramp ukraynalı həmkarı Volodimir Zelenskiyə inanır. AYNA.AZ xəbər verir ki, bu barədə “The Wall Street Journal” mənbələrə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, Tramp bir ildən çoxdur ki, Ukraynanın Rusiya ilə münaqişədə uduzduğunu gizli şəkildə israr edir. Lakin son həftələrdə ABŞ Prezidenti ilə danışan mənbələrə görə, o, Ukrayna və onun lideri Zelenski haqqında nikbinlik ifadə edib. Mənbələr deyirlər ki, Tramp "Zelenskinin dözümlülüyündən təsirlənib".

Mənbələrin verdiyi məlumata görə, dəyişikliklər qlobal sammitlər çərçivəsində Ukrayna liderinin Trampla bir neçə görüşündən sonra baş verib.

“Bu, Avropa liderlərinin münasibətləri yaxşılaşdırmaq üçün birgə səylərinin bir hissəsidir”, - deyə WSJ yazıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş