"Mercedes" markalı minik avtomobili yük maşını ilə toqquşub
Quba rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. AYNA.AZ-ın APA-ya istinadən məlumatına görə, qəza Quba–Qusar avtomobil yolunda qeydə alınıb.
İlkin məlumata əsasən, "Mercedes" markalı minik avtomobili yük maşını ilə toqquşub.
Hadisə nəticəsində "Mercedes"in sürücüsü, Quba şəhər sakini, 1996-cı il təvəllüdlü Adil Qasımov hadisə yerində ölüb.